Meksikada immiqrantların yaşadığı müəssisədə yanğın baş verib

28 Mart 2023 12:26 (UTC+04:00)

Meksikanın Xuares şəhərindəki Milli Miqrasiya İnstitutunda naməlum səbəbdən yanğın baş verib.

AzNews.az xəbər verir ki, hadisə zamanı 10 immiqrant həyatını itirib.

Könüllü axtarış-xilasetmə işçiləri sayının 37 olduğunu iddia ediblər.

Çoxlu yaralı miqrant da xəstəxanaya yerləşdirilib.

Ölənlərin əksəriyyətinin Venesueladan olduğu bildirilir.