Fransa Ukraynaya mərmi tədarükünü artırır

28 Mart 2023 15:39 (UTC+04:00)

Fransanın müdafiə naziri Sebastien Lekornu Ukraynaya göndərəcəkləri 155 millimetrlik haubitsa mərmilərinin sayını iki qat artıracaqlarını açıqlayıb.

Aznews.az xəbər verir ki, Lekornu, Fransanın "Le Figaro" qəzetinə verdiyi açıqlamada, ölkəsinin Ukraynaya hərbi maddi dəstəyi ilə bağlı açıqlamalar verib.

Fransanın Ukraynaya əks-hücum üçün lazımi sahə ləvazimatlarını göndərəcəyinə diqqət çəkən Lecornu, ölkəsinin bu ayın sonundan etibarən Ukraynaya göndərəcəyi 155 millimetrlik haubitsa mərmilərinin sayını iki qat artıraraq ayda 2 minə çatdıracaqlarını bildirib.

Fransanın müdafiə naziri onu da bildirib ki, Paris administrasiyası söz verdiyi kimi, çox tezliklə SAMP-T hava hücumundan müdafiə sistemini Ukraynaya göndərəcək.

Lekornu Ukraynaya dəstək fondunun yenilənməsi üçün Fransanın baş naziri Elisabeth Borne ilə çalışdıqlarını və bu fonda 200 milyon avronun artıq ayrıldığını bildirib.

Mövsüm