Əli Nağıyev: Azərbaycanda sabitlik və əmin-amanlıq etibarlı şəkildə qorunub saxlanılır

28 Mart 2023 19:33 (UTC+04:00)

Azərbaycanda sabitlik və əmin-amanlıq etibarlı şəkildə qorunub saxlanılır.

Aznews.az xəbər verir ki, bunu DTX rəisi general-polkovnik Əli Nağıyev DTX-də Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104 illiyi münasibətilə keçirilən tədbirdə deyib.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi altında və birbaşa göstərişləri əsasında fəaliyyətini müasir çağırışların tələblərinə uyğun qaydada quran DTX-də bu gün də Ümummilli Lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında təməlini qoyduğu peşəkarlıq məktəbi layiqincə davam etdirilir, Azərbaycanda sabitlik və əmin-amanlıq etibarlı şəkildə qorunub saxlanılır”, - DTX rəisi qeyd edib.

DTX-nin maddi-texniki bazasının daha da möhkəmləndirilməsindən, əməkdaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından və sosial müdafiəsinin gücləndirilməsindən də bəhs edən Xidmət rəisi bütün bunların dövlət başçısının dəstəyi nəticəsində mümkün olduğunu söyləyib.