Fazil Mustafaya güllə atanlar, sizi bir kisə qumda boğacağıq!

28 Mart 2023 23:41 (UTC+04:00)

Mən Fazil Mustafanı illərdir tanıyıram.
Bir zamanlar çox yaxın dost və sirdaş olmuşuq.
Fazil Mustafa böyük intellektə, siyasi təcrübəyə, ən əsası, dövlətçi zehniyyətə malik şəxsdir.
Buna and içə bilərəm.
Fazil bəyin güllələnməsi sıradan bir olay deyil.
Qurşunlar Azərbaycan Respublikasına sıxılıb.
Kim sıxıb?
Ehtimalımdır, ancaq tərəddüd etmirəm: İran!
Bu gün bir qrup deputat İsrailə səfər etməli idi.
O qrupda Fazil Mustafa vardımı, yoxdumu, bilmirəm.
Ancaq onu bilirəm ki, dünən Dövlət Təhlükəsizliyi Xidməti xüsusi əməliyyat açıqlaması yaydı.
Videoda İrana casusluq etdiyini boynuna alanlar bildirirdi ki, dövlət və ictimaiyyət xadiminə terror hazırlayır, izləmə həyata keçirirmişlər.
Bu gün DTX-nın peşə bayramıdır.
Orucluq təzə başlayıb və Azərbaycan ilk dəfə olaraq Fazil Mustafanın illərlə təklif etdiyi sayaq, iftar saatlarını Quma quraşdırmayıb.
Güllənin haradan atıldığı bəllidir.
Bu güllə Azərbaycanda sabitliyə atılıb.
Bu güllə Azərbaycanda Laçın dəhlizinə alternativ yolların nəzarətə götürülməsinə səbəb olan İRADƏyə atılıb.
Bu güllə Azərbaycanın dünyəviliyinə, ənənəvi inanclarına, tərəqqisinə atılıb.
Bu güllə Azərbaycan dövlətinə atılıb.
Bunun hesabını dövlət də, Tanrının yardımı ilə ayağa qalxacaq Fazil Mustafa da, onun xatirini istəyən dostları olaraq biz də soracağıq.
İran, şeytan rejimi, səndən soracağıq!
Mən Fazili illərdir tanıyıram.
O İran gülləsindən ölməz, ölməyəcək.
Amma səni bir kisə qumda boğmaq bizə borc olsun!
Öz adıma söz verirəm, bir kisə qumda səni də, sənin ağalarını da boğacağıq, İran casusları!

Taleh ŞAHSUVARLI