Fazil Mustafa əməliyyatdan çıxdı, başqa xəstəxanaya köçürüldü - SON DƏQİQƏ

29 Mart 2023 00:30 (UTC+04:00)

Dünən axşam saatlarında evinin qarşısında güllənərək yaralanmış və bədəninin iki yerindən ağır yara almış millət vəkili Fazil Mustafanın əməliyyatı başa çatıb.

AzNews.az-ın əldə etdiyi məlumata görə sui-qəsdə məruz qalan millət vəkili əməliyyatdan uğurla çıxıb.

O, təhlükəsizlik tədbiri olaraq başqa bir xəstəxanaya köçürülüb.

AzNews.az