Fazil Mustafa ilk ona zəng edib: "Evə daxil ola bilərlər, tez gəl..."

29 Mart 2023 10:07 (UTC+04:00)

“Fazil əmim zəng etdi, ilk sözü bu oldu ki, “məni vurublar, tez gəl, evə daxil ola bilərlər”. Mən özümü çatdıranda artıq cinayətkarlar qaçmışdı”.

Bunu Gununsesi.info-ya açıqlamasında sui-qəsdə məruz qalan deputat Fazil Mustafanın qardaşı oğlu Toğrul Mustafayev deyib.

O bildirib ki, qan itirməməsi üçün əmisinin ayağını və qolunu kəmərlə sıxıb:

Ağlıma ilk gələn yer “Semaşko” oldu. Gətirdim bura. Təmkinini itirməmişdi”.