BMT Myanmada "demokratiyaya qayıtmağa" çağırır

29 Mart 2023 10:39 (UTC+04:00)

Birləşmiş Millətlər Təşkilatı (BMT) Myanmada devrilmiş lider Aunq San Suu Kyinin partiyası, Demokratiya Uğrunda Milli Birlik (NLD) ordunun elan etdiyi yeni seçki qanunlarına tabe olmaqdan imtina etdiyi üçün bağlandıqdan sonra Myanmada "demokratiyaya qayıdış" çağırışı edib.

Aznews.az xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında mövzu ilə bağlı sualı cavablandırıb.

"Biz Myanmada demokratiyaya qayıdış görmək istəyirik", - deyən Dujarrik, Suu Kyi-nin partiyasının bağlanmasının "səhv istiqamətdə atılmış addım" olduğunu bildirib.

Devrilmiş lider Suu Kyi və digər məhbusların da azad edilməli olduğunu qeyd edən Düjarrik BMT-nin bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini qeyd edib.

Mövsüm