Şimali Makedoniya Türk Mədəniyyət Mərkəzi yaradacaq

29 Mart 2023 18:23 (UTC+04:00)

Şimali Makedoniya hökuməti bu gün keçirilən Nazirlər Şurasının 140-cı iclasında Şimali Makedoniya Türk Mədəniyyət Mərkəzinin yaradılmasına qərar verib.

Aznews.az xəbər verir ki, Şimali Makedoniyanın Siyasi Sistem və Cəmiyyətlərarası Əlaqələr nazirinin türk əsilli müavini Cabir Doko sosial media hesabında “Şimali Makedoniya Türk Mədəniyyət Mərkəzi”nin yaradılmasına qərar verdiklərini paylaşıb .

Qarşıya qoyduğu hədəfləri reallaşdırmağa davam etdiklərini vurğulayan Doko, “İsrarlı və fədakar iş nəticəsində partiyamızın seçki proqramında bu mühüm layihəni reallaşdırmaqdan xoşbəxtik”- deyə qeyd edib..

“Şimali Makedoniya türklərinin bənzərsiz mədəni dəyərləri təbliğ ediləcək”

Qurumun işinin dövlət büdcəsi hesabına təmin ediləcəyini qeyd edən Doko:

"Bu, Şimali Makedoniya türklərinin unikal mədəni dəyərlərini təbliğ edəcək və müasir mədəniyyət və incəsənət sahəsində istedadlı türk gənclərinə özlərini ifadə etmək üçün imkanlar yaradacaq. Hökumətin bu təşəbbüsü qorunub saxlanılması və inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. ”.

Qeyd edək ki, Cabir Doko Şimali Makedoniya hökumət koalisiyasına daxil olan Türk Fəaliyyət Partiyasının (THP) kvotasından nazir müavinidir.

Mövsüm