16 yaşlı nişanlısını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

30 Mart 2023 11:33 (UTC+04:00)

Abşeronda 16 yaşlı Həsrət Rəcəbovanı qətlə yetirməkdə təqsirləndirilən Murad Həsənovun işi üzrə toplanan materiallar baxılması üçün Sumqayıt ağır cinayətlər məhkəməsinə göndərilib.

Aznews.az xəbər verir ki, şəxs barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə cinayət işi açılıb.

İşə hakim Aynur Rzayevanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, ötən il oktyabrın 20-si Abşeron rayonu ərazisində 16 yaşlı Həsrət Rəcəbovanın öldürülməsi barədə Abşeron rayon prokurorluğuna məlumat daxil olub

Aparılmış araşdırmalarla zərərçəkmişi nişanlısı, 26 yaşlı Murad Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Murad Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Rəşid