Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri ilə görüşüb

30 Mart 2023 19:37 (UTC+04:00)

Xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri Məhəmməd Ştaye ilə görüşüb.

Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısı “Tvitter” səhifəsində bildirib.

O, rəsmi səfər çərçivəsində Baş nazir Məhəmməd Ştaye ilə hərtərəfli mübadilə apardığını vurğulayıb: “İkitərəfli münasibətlər, müxtəlif platformalarda çoxtərəfli əməkdaşlıq, regional və beynəlxalq məsələlər ətrafında əsaslı müzakirələr apardıq”.