Donald Trampa könüllü olaraq hakimiyyətə təslim olmaq təklif olunacaq

31 Mart 2023 12:32 (UTC+04:00)

Nyu-Yorkun Böyük Münsiflər Heyəti ABŞ-ın keçmiş prezidenti Donald Trampı onun şirkəti olan Trump Organization şirkətinin biznes sənədlərini saxtalaşdırmaqda ittiham etmək üçün səs verib.

Aznews.az xəbər verir ki, bu barədə "New York Times" qəzetinin anonim mənbələrə istinadən verdiyi məlumatda qeyd olunub.

Trampa qarşı hansı ittihamların irəli sürüləcəyi hələlik məlum deyil. İttiham aktı bir neçə gün ərzində dərc edilməlidir.

Qeyd edək ki, keçmiş prezidentə könüllü olaraq hakimiyyətə təslim olmaq təklif olunacaq.

Mövsüm