İYİ Partiyasının İstanbuldakı qərargahı güllələnib

31 Mart 2023 12:45 (UTC+04:00)

İYİ Partiyasının İstanbuldakı qərargahı güllələnib.

Aznews.az xəbər verir ki, bu barədə Jurnalist Aytunç Erkin Tvitter hesabında vurulan binanın fotosunu paylaşıb.

"Polis Merterdəki binada araşdırma aparır" deyə-Aytunç Erkin qeyd edib.

"Gerçek Gündem"in İYİ Partiyadakı mənbələrdən əldə etdiyi məlumata görə, hücum dünən gecə saatlarında baş verib.

Yoldan atəş açılıb, şüşəyə dəyən güllə binanın içərisindəki kresloya tuş gəlib.

Bu sabaha karşı İYİ PARTİ İstanbul İl Başkanlığı kurşunlandı… Merter’deki binada polis incelemelerde bulunuyor. pic.twitter.com/MBQWiSymaP

— Aytunç Erkin (@aytuncerkin1907) March 31, 2023

Mövsüm