Əfqanıstanda daşqınlar 1 həftədə 10 nəfərin canını aldı

31 Mart 2023 13:03 (UTC+04:00)

Son bir həftədə Əfqanıstanın 23 əyalətində daşqın nəticəsində 10 nəfər həyatını itirib.

Aznews.az xəbər verir ki, Taliban hökumətinin Təbii Fəlakətlərlə Mübarizə üzrə Dövlət Nazirliyinin baş sözçüsü Rəhimi mətbuata açıqlamasında bildirib ki, son bir həftədə Əfqanıstanın 23 əyalətində yağışlar nəticəsində daşqınlar baş verib.

Daşqınlarda 10 nəfərin həyatını itirdiyini qeyd edən Rəhimi 76 nəfərin yaralandığını bildirib.

Rəhimi sel altında qalan 1800 evin yararsız hala düşdüyü, 22 min hektar əkin sahəsinin dağıldığı barədə məlumat paylaşıb.

Rəhimi qeyd edib ki, ən çox zərər Pervan və Belh əyalətlərində müşahidə olunub.

Mövsüm