İlon Mask Çinə gedir

31 Mart 2023 13:26 (UTC+04:00)

Tesla-nın baş direktoru İlon Mask şirkətin ikinci ən böyük bazarı olan Çinə səfər edəcək.

Aznews.az Reuters-a istinadən xəbər verir ki, Tesla-nın baş direktoru İlon Mask Çinə baş nazir Li Çianqla görüşmək üçün getməyi planlaşdırır.

Çin Teslanın ABŞ-dan sonra ikinci ən böyük bazarı olsa da, Şanxay fabriki elektrik avtomobil istehsalçısının ən böyük istehsal mərkəzi kimi tanınır.

Sözügedən səfər baş tutsa, bu, Maskın üçüncü prezidentlik müddətinin başlamasından sonra Si Cinpinin Çinə ilk səfəri olacaq.

Mövsüm