Akşenerin partiyasının ofisinə güllə yağdırıldı

31 Mart 2023 16:38 (UTC+04:00)

Zeytinburnuda partiya binasına gələn İYİ Partiya sədri Meral Akşener, "Partiyamızın İstanbul binası iki yerdən vuruldu. Seçkiyə 1,5 ay qalmış siyasi partiyaları qorxutmağa çalışmaq qəbuledilməzdir. Biz qorxmuruq, bu başqa bir şeydir amma bu seçicilərə qarşı böyük bir haqsızlıqdır, böyük bir təhqirdir" -deyə qeyd edib.

Aznews.az xəbər verir ki, bu barədə Hürriyət qəzeti məlumat yayıb.

Qeyd edək ki, İYİ Partiya binasına səhər saat 04.52-də yoldan keçən bir vasitədən atəş açılıb.

Səhər saat 10:00-da binaya gələn əməkdaşlar şüşədəki güllə izini görərək vəziyyəti polisə bildiriblər.

Hadisə yerinə gələn polis araşdırmalara başlayıb. Müayinədə binanın pəncərələrində güllə izləri təsbit edilib.

Mövsüm