AK Partiya xaricdə seçki kampaniyasına başlayıb

31 Mart 2023 16:49 (UTC+04:00)

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) Xaricdə Seçki Koordinasiya Mərkəzinin rəhbəri Fatih Toprak Avstriyada türk media nümayəndələri ilə görüşüb.

Aznews.az xəbər verir ki, Fatih Toprak xaricdə keçiriləcək səsvermə prosedurları haqqında məlumat verib.

Mayın 14-də keçiriləcək prezident və millət vəkili seçkiləri üçün xaricdəki türklər də sandıq başına gedəcək.

Xarici seçici reyestrində qeydiyyatdan keçmiş seçicilər aprelin 27-dən mayın 9-dək ölkələrin hər biri üçün müəyyən edilmiş tarix və məntəqələrdə səs verə biləcəklər. Gömrük qapılarında səsvermə prosesi aprelin 27-də başlayacaq və 14 may bazar günü Türkiyə vaxtı ilə saat 17.00-da başa çatacaq.

Mövsüm