ABŞ-də təcili yardım helikopteri qəzaya uğrayıb

3 Aprel 2023 14:53 (UTC+04:00)

ABŞ-də təcili yardım helikopteri qəzaya uğrayıb.

AzNews.az xəbər verir ki, bu barədə Federal Aviasiya Administrasiyası məlumat yayıb.

Belə ki, Birmingem əyalətində bir şəxsin gəzinti zamanı səhhətində problem olduğunu bildirməsinin ardından bölgəyə təcili yardım helikopteri göndərilib.

"Eurocopter EC130" tipli təcili tibbi yardım helikopterinin 3 nəfərlik ekipajı ilə Şelbi dairəsi yaxınlığında qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.