Ərdoğan: Səfir öz yerini bilməlidir

3 Aprel 2023 14:55 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin Ankara səfiri Cef Fleykin Cümhuriyyət Xalq Partiyasından prezidentliyə namizəd Kemal Kılıçdaroğlu ilə görüşünə reaksiya verib.

Aznews.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

O, qapılarının səfir üçün bağlı olduğunu bildirib.

"Baydenin elçisi nə edir? O, gedib cənab Kamalla görüşür. Ayıb olsun, beyninizi işə salın. Siz səfirsiniz. Buradakı həmsöhbətiniz prezidentdir. Bundan sonra prezidentlə görüşü necə istəyəcəksiniz? Qapılarımız onun üzünə bağlıdır. Niyə? Qoy öz yerini bilsin", - Türkiyə lideri qeyd edib.

Mövsüm