"Bakı Nəqliyyat Agentliyi" Publik Hüquqi şəxsi barədə inzibati protokol tərtib edilib.
Aznews.az xəbər verir ki, şirkət barəsində aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 497-ci(Malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.
İşə Nərimanov rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə baxılacaq.
Rəşid