Ərəb ölkələri və Rusiya neft hasilatını azaltmaq üçün oxşar qərarlar qəbul ediblər

3 Aprel 2023 15:16 (UTC+04:00)

Səudiyyə Ərəbistanı, İraq, Əlcəzair, Oman, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Küveytin may ayından etibarən neft hasilatını azaltmağa qərar verdiyi bildirilib .

Aznews.az xəbər verir ki, bu barədə Əlcəzair Energetika Nazirliyi məlumat yayıb.

Əlcəzairin gündəlik neft hasilatını 48 min barrel azaltmağa qərar verdiyi bildirilib.

Açıqlamada, OPEC+ ölkələri ilə koordinasiyalı şəkildə may ayından ilin sonuna qədər könüllü olaraq həyata keçiriləcək bu addımın 2022-ci ilin noyabrında qəbul edilən ixtisar qərarından asılı olduğu vurğulanıb.

Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-nın Energetika Nazirliyinin mənbələrinə əsaslanaraq verdiyi xəbərdə, OPEC+ ölkələri ilə koordinasiya əsasında may ayından ilin sonuna qədər gündəlik neft hasilatının 500 min barel azaldılmasına qərar verildiyi bildirilib.

Oman Energetika Nazirliyi də "Twitter" hesabında neft hasilatının may ayından başlayaraq ilin sonuna qədər gündəlik 40 min barel azalacağını açıqlayıb.

İraq 211 min barel, BƏƏ 144 min barel, Küveyt isə 128 min barel azaldacağını açıqlayıb.

Rusiya da neft hasilatını gündəlik 500 min barel azaldacağını açıqlayıb.

Bu qərarlarla OPEC+ ölkələri may ayından etibarən gündəlik hasilatını 1 milyon bareldən çox azaldacaq.

Qeyd edək ki, OPEC+ ölkələri 5 oktyabr 2022-ci il tarixli iclasda 2022-ci ilin noyabr ayından gündəlik neft hasilatını 2 milyon barel azaltmaq qərarına gəlmişdilər.

Mövsüm