6 yaşlı uşağın vurduğu müəllim məktəbi məhkəməyə verdi - 40 milyon dollar tələb edir

4 Aprel 2023 08:37 (UTC+04:00)

ABŞ-nin Virciniya ştatında 6 yaşlı uşağın atəş açdığı müəllim məktəbi məhkəməyə verib.

AzNews.az xəbər verir ki, müəllim zorakılıq potensialına məhəl qoymayıb kobud səhlənkarlıq etdiyi iddiası ilə məktəb rəsmilərinə qarşı 40 milyon dollar təzminat tələb edir.

Ebiqeyl Zverner yanvarın 6-da şagirdin çantasında gətirdi silahdan açdığı atəş nəticəsində əlindən və döş qəfəsinin yuxarı hissəsindən güllə yarası alıb. 25 yaşlı müəllim iki həftə xəstəxanada yatıb. Dörd dəfə əməliyyat keçirib.

İstintaqın məlumatına görə, uşaq anasının qanuni yolla aldığı silahı götürüb. İddiada eyni uşağın keçən il bağça müəlliməsini boğduğu, digər şagirdləri kəmərlə vurduğu qeyd edilib. Sinifdə Zvernerə atəş açmazdan iki gün əvvəl uşaq müəllimin mobil telefonunu yerə çırpıb. Buna görə o, bir günlük məktəbdən kənarlaşdırılıb.

İddiada uşağın bütün zorakılıq keçmişinə məhəl qoyulmadığı və heç bir tədbir görülmədiyi deyilir.