İsrail təyyarələri Qəzza zolağına hava zərbələri endirib

5 Aprel 2023 09:03 (UTC+04:00)

İsrail təyyarələri Qəzzanı bombalayıb.

AzNews.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Bildirilib ki, döyüş təyyarələri Qəzzanın qərbində iki ayrı nöqtəni vurub.

Hücum zamanı yaralanan və ölənlərlə bağlı İsrail və ya Fələstin tərəfindən heç bir açıqlama verilməyib.

Qeyd edək ki, İsrail polisinin Məscidül-Əqsaya basqınından sonra blokada altındakı Qəzza zolağından İsrail istiqamətində raketlər atılıb. İsrail tərəfi isə yenidən cavab olaraq Qəzzanı bombalayıb.