İki yaşlı İmrana görə Mərkəzi Klinikanın rəsmi saytını dağıtdılar

24 İyul 2013 11:27 (UTC+04:00)
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl, Xaçmazda yerləşən "Nabran Holiday Village" adlı istirahət düşərgəsində dincələn zaman 2 yaşlı İmran Cəfərzadə ayaqlarını itirib. Xaçmazdakı xəstəxanalardan birində ilk tibbi yardım göstərildikdən sonra, Bakıda fəaliyyət göstərən Mərkəzi klinikanaya yerləşdirilən İmranın müalicə haqqlarının çox olmasına etiraz edənlər arasında hakerlər də var. Onlar ayaqlarını itirən körpəyə dəstək məqsədi ilə Mərkəzi Klinik Xəstəxananın rəsmi saytını dağıdıblar.

Klinikanın rəsmi səhifəsinə hakerlər tərəfindən müraciət yerləşdirilib. Müraciətdə deyilir:

"Buradan Mərkəzi Klinikanın böyüklərinə səslənirik. Sizdə insaf varmı? Bu balaca canını sizə əmanət edib. Ondan hər günə 800 AZN alırsınızsa hansı insanlıqdan danışırsınız? Bir xəstədən pul almamaqla siz kasıblamayacaqsınız!"

AzNews.az