"Gəncə Xalça Kombinatı" MMC cərimə edilə bilər.
Aznews.az xəbər xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 405-ci (Hüquqi şəxslərin, habelə xarici dövlətlərin hüquqi şəxslərinin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin və bu qurumlara dair qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə və qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət olunmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.
İşə Gəncə şəhər Məhkəməsində hakim Orxan Cəfərlinin sədrliyi ilə baxılacaq.
Protokol təsdiq edilərsə şirkət üç min manatadək məbləğdə cərimə edilə bilər.
Rəşid