"Havissos" MMC barədə protokol tərtib edilib

5 Aprel 2023 11:45 (UTC+04:00)

"Havissos" MMC barədə inzibati protokol tərtib edilib.

Aznews.az xəbər xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Gəncə şəhər Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq.

Rəşid