SpaceX gələn həftə Starship-i buraxmağı planlaşdırır

6 Aprel 2023 13:48 (UTC+04:00)

Starship raketi gələn bazar ertəsi orbitə buraxılacaq.

120 metr yüksəklikdəki raket İlon Maskın Marsı koloniyalaşdırmaq planlarının mərkəzində dayanır.

Aznews.az xəbər verir ki,bu barədə SpaceX şirkətinin verdiyi açıqlamada qeyd olunub.

İndiyə qədər hazırlanmış ən böyük raket SpaceX-in Texasdakı Starbase obyektindən qalxmalı və hər hansı bir ekipaj və ya yük daşıya bilmədən əvvəl orbital uçuş sınağını tamamlamalıdır.

ABŞ Federal Aviasiya Administrasiya (FAA) bu həftə planlaşdırma elanı dərc edərək, gözlənilən buraxılış tarixinin 10 aprel, ehtiyat tarixlərinin isə 11 və 12 aprel olduğunu bildirib.

Qeyd edək ki, qiymətləndirmə prosesi siyasət, faydalı yük, hava məkanına inteqrasiya,maliyyə, o cümlədən məsuliyyət və ətraf mühitə təsirlər üzrə təhlilləri özündə birləşdirir.

Mövsüm