Çin Rusiya-Ukrayna münaqişəsinin bütün tərəfləri ilə dialoq aparır

7 Aprel 2023 11:39 (UTC+04:00)

"Ukrayna münaqişəsinə gəlincə, Çin Ukrayna da daxil olmaqla bütün tərəflərlə dialoq aparır".

AzNews.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq deyib.

"Çin həmişə sülh yolu ilə nizamlanmanın tərəfdarıdır və sülhə nail olmaq üçün beynəlxalq ictimaiyyətlə əməkdaşlığa hazırdır", - deyə sözçü vurğulayıb.