Blinken: Ukraynanın tərəfdaşları üçün iki hədəf var

7 Aprel 2023 13:20 (UTC+04:00)

"Ukraynanın bir çox dostları və tərəfdaşları üçün iki hədəf var".

AzNews.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

"Birincisi, Ukraynaya əraziləri geri almağa davam etmək üçün əlimizdən gələni etməkdir. Buraya qarşıdakı həftələrdə başlaması ehtimal olunan əks-hücum daxildir. İkincisi, Kiyevə orta və uzunmüddətli perspektivdə potensialının artırılmasında dəstək verilməlidir", - o əlavə edib.