Məşhur "Lahori Dhaba" restoranlar şəbəkəsinin Bakıdakı filialı barədə inzibati protokol tərtib edilib.
Aznews.az xəbər verir ki, restoran barəsində İnzibati Xətalar Məcəlləsinin 578.1-ci (İşəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.
İşə Nəsimi rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq edilərsə şirkət iyirmi min manatadək məbləğdə cərimə edilə bilər.
Rəşid