Cari ilin birinci rübündə kənd təsərrüfatı sahəsi üzrə maliyyə axınları ötən ilin eyni dövrü ilə müqayisədə 75% və ya 82.3 mln. manat artaraq 191.5 mln. manat təşkil edib.
Aznews.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ən çox artım balıqçılıq (14.7 dəfə) və balıqyetişdirmə (4.5 dəfə) qruplarında olub.
Qeyd edək ki, 2023-cü ilin birinci rübündə Ağac tədarükü (-85.4%), meşə təsərrüfatı sahəsində xidmətlərin göstərilməsi (-20.8%) və bitkilərin çoxaldılması (-20.7%) qruplarında isə azalma qeydə alınıb.