Tunis sahillərində miqrantları daşıyan 2 qayıq batıb

10 Aprel 2023 08:54 (UTC+04:00)

Tunisin cənub sahillərində son 24 saatda qeyri-qanuni miqrantları daşıyan 2 qayıq batıb.

AzNews.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan itkin düşüb.

Bildirilib ki, Sfaks şəhərindən 35 mil aralıda batan qayıqda olan 17 nəfər xilas edilib, 20-yə yaxın miqrant isə itkin düşüb. Mühacirlərin axtarış-xilasetmə işləri davam edir.

Batan ikinci qayıqda isə 43 qeyri-qanuni miqrantın olduğu, 36 miqrantın xilas edildiyi, 4 nəfərin cəsədinin tapıldığı, 3 nəfərin isə dənizdə itdiyi qeyd edilib.