“Gəncə Dəyirman” MMC cərimə edilə bilər

10 Aprel 2023 09:40 (UTC+04:00)

“Gəncə Dəyirman” MMC barədə inzibati protokol tərtib edilib.

Aznews.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci(Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Gəncə şəhər Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq edilərsə şirkət min beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Rəşid