Meksikada Popokatepetl vulkanı 24 saatda 12 dəfə püskürüb

11 Aprel 2023 07:23 (UTC+04:00)

Meksikada Popokatepetl vulkanında 24 saat ərzində 12 püskürmə baş verib.

AzNews.az xəbər verir ki, bu barədə Meksika Milli Fəlakətlərin Qarşısının Alınması Mərkəzi məlumat yayıb.

Bildirilib ki, 199 dəfə qaz və kül çıxışı qeydə alınıb. Vulkanın ağzından çıxan külün küləyin təsiri ilə şərq və cənub-şərq istiqamətlərinə yayıldığı, bununla vulkanın cənub-şərqində yerləşən Atliksko şəhərində kül yağışının meydana gəldiyi qeyd olunub.