ABŞ dövlət katibi G7 həmkarları ilə Ukrayna, nüvə silahsızlanmasını müzakirə edəcək

11 Aprel 2023 11:02 (UTC+04:00)

ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı, nüvə tərksilahı, qida və enerji təhlükəsizliyi ilə bağlı mövzuları Yaponiyada keçiriləcək G7 xarici işlər nazirlərinin görüşündə müzakirə etmək niyyətindədir.

Aznews.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bildirib.

"Dövlət katibinin bir sıra məsələləri, o cümlədən Ukraynadakı vəziyyəti, həmçinin nüvə tərksilahı və yayılmaması, ərzaq və enerji təhlükəsizliyi, azad və açıq Hind-Sakit Okean regionu konsepsiyasının təşviqi kimi məsələləri müzakirə edəcəyi gözlənilir",- Vedant Patel qeyd edib.

Qeyd edək ki, Aprelin 16-18-də G7 ölkələrinin diplomatik departamentlərinin rəhbərləri Yaponiyanın Naqano prefekturasının Karuizava şəhərində bir araya gələcəklər.

Mövsüm