Milli Paralimpiya Komitəsi rəsmi səfərdə

24 İyul 2013 14:58 (UTC+04:00)
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Fransanın Lion şəhərinə səfəri davam edir.

AMPK-nın mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, səfər çərçivəsində İ.Rəhimov Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) prezindeti Fil Krevenlə görüşüb.

Görüş zamanı İ.Rəhimov son dövrlərdə AMPK tərəfindən görülən işlər və həyata keçirilən layihələr barədə BPK-nın prezidentinə məlumat verib. AMPK-nın fəaliyyətini yaxından izlədiyini diqqətə çatdıran F.Kreven görülən işlərdən məmnun qaldığını vurğulayıb: " Artıq bir sıra ölkələrin paralimpiya komitələrinin prezidentlərinin Azərbaycanla əməkdaşlıq etmələri barədə mənə məlumat verilir. Bu təşəbbüsü alqışlayaraq davam etdirilməsini tövsiyə edirəm. Bu təşəbbüs ilk olaraq AMPK tərəfindən qaldırılılıb.

BPK-nın prezidenti onu da qeyd edib ki, 2015-ci ildə birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi çox sevindiricidir. Növbəti ildə bununla bağlı Azərbaycana səfər edəcəyəm. Bu yarış çərçivəsində BPK tərəfindən hər hansı bir tədbirin keçirilməsi arzusundayam. Azərbaycana səfərim zamanı bu məsələ ilə əlaqədar təşkilatlarla müzakirələr keçirəcəyəm"

AzNews.az