Teleqram messenceri rusiyalı istifadəçilər arasında "YouTube"-u ötüb.
Aznews.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Teleqram-ın gündəlik izləyici sayı 50,9 milyon, "Google"-a məxsus video platforma YouTube-un gündəlik izləyici sayı isə 50,7 milyon olaraq qalıb.
"WhatsApp"-ın Rusiya istehsalı olan rəqibi Teleqram 2013-cü ildə Sankt-Peterburqda istifadəyə verilib. Onu Sankt-Peterburqdan olan iki qardaş Pavel və Nikolay Durov yaradıb.
Platformanın baş ofisi 2017-ci ildən qanuni olaraq Dubayda yerləşir.
Mövsüm