"Şərq Şirniyyatı" ASC barədə inzibati protokol tərtib edilib.
Aznews.az xəbər verir ki, şirkət barəsində aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 548.2-ci(Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.
İşə Şəki rayon Məhkəməsində hakim Pərviz Hacıyevin sədrliyi ilə baxılacaq.
Protokol təsdiq edilərsə şirkət iki min manatadək məbləğdə cərimə edilə bilər.
Rəşid