Türkiyə millisinin və "Qalatasaray" klubunun sabiq futbolçusu Arda Turan baş məşqçiliyə başlayıb.
36 yaşlı keçmiş yarımmüdafiəçi 1-ci Liqada çıxış edən "Eyüpspor"un sükanı arxasına keçib.
Klubun vitse-prezidenti Fatih Kulaksız məlumatı təsdiqləyib.
Qeyd edək ki, Arda Turan ötən il karyerasını başa vurub. O, ölkəsində "Manisaspor" və "Başakşehir", İspaniyada isə "Atletiko" (Madrid) və "Barselona" klublarının da şərəfini qoruyub. (report)