Tehranda universitet tələbələri məcburi hicab tətbiqinə etiraz ediblər

17 Aprel 2023 11:34 (UTC+04:00)

Tehran Universitetinin tələbələri məktəblərdə məcburi hicab tətbiqinə və tələbələrin kütləvi şəkildə zəhərlənməsinə etiraz ediblər.

Aznews.az-ın məlumatına görə, İslam Təşkilatları Tələbə Birliyinin Teleqram səhifəsində yayımlanan görüntülərə görə, Tehran Universitetinin Sosial Elmlər və Psixologiya və Təhsil Elmləri fakültələrinin tələbələri nümayiş keçiriblər.

İddia edilib ki, Tehran Universitetinin Sosial Elmlər Fakültəsinin mühafizəsi məcburi hicab qaydalarına əməl edilmədiyi üçün bəzi tələbələrin universitetə getməsinə icazə verməyib.Ölkənin bir çox yerindəki məktəblərdə mühafizəçilərin sözügedən tətbiqinə və şagirdlərin kütləvi zəhərlənməsinə reaksiya verən tələbələr bir araya gələrək şüarlar səsləndiriblər.

Universitetin Psixologiya və Pedaqoji Elmlər fakültəsinin tələbələri də məcburi geyim qaydalarına və intizam şurasının cəza qərarlarına qarşı oturaq aksiya keçiriblər.

Mövsüm