Azərbaycanda dövlət qurumlarına qarşı 314 kiberhücum indikatoru müəyyən edilib

17 Aprel 2023 12:45 (UTC+04:00)

Bu ilin yanvar-mart ayları ərzində qeydə alınmış və dövlət qurumlarından daxil olmuş məlumatlar əsasında kiberhücumların analizi ilə 314 kiberhücum indikatoru (IOC) müəyyən edilib.

Bu barədə "Aznews"-a Xüsusi Rabitə və İnformasiya Təhlükəsiziliyi Dövlət Xidmətindən məlumat verilib.

Bildirilir ki, IOC-ların bloklanması hesabına dövlət qurumlarına qarşı hazırlanmış xüsusi hədəflənmiş APT kiberhücumların qarşısı alınıb.

Bu kibertəhdidlərin 139-u daxili araşdırma, 175-i isə dövlət qurumları tərəfindən daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunub.