İran prezidenti: "Təl-Əviv dağıdılacaq”

18 Aprel 2023 14:29 (UTC+04:00)

Birləşmiş Ştatlar öz qoşunlarını Yaxın Şərqdən mümkün qədər tez çıxarmalıdır.

Aznews.az xəbər verir ki, bu barədə İran prezidenti İbrahim Rəisi İranın Milli Ordu Günü münasibətilə müraciətində deyib.

Tasnim xəbər agentliyi Rəisidən sitat gətirib: "ABŞ bölgəni mümkün qədər tez tərk etməlidir ki, bu, həm amerikalılar, həm də region üçün faydalı olacaq". “Onların mövcudluğu regionun təhlükəsizliyinə təhdiddir”, o əlavə edib.

İsraillə münasibətlərə gəlincə, İran prezidenti bəyan edib ki, “İrana qarşı ən kiçik qeyri-dost addımı ordunun sərt cavabı ilə qarşılayacaq, bunun ardınca Hayfa və Təl-Əviv dağıdılacaq”.