Çin Avropanın Rusiya-Ukrayna sülh danışıqlarını bərpa etmək istəyini dəstəkləyir

19 Aprel 2023 12:14 (UTC+04:00)

Çin hakimiyyəti Avropa ölkələrinin Rusiya-Ukrayna sülh danışıqlarını mümkün qədər tez bərpa etmək istəyini dəstəkləyir.

Aznnews.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirib.

"Çin fundamental və uzunmüddətli maraqlarını rəhbər tutaraq Rusiya və Ukrayna arasında sülh danışıqlarını mümkün qədər tez bərpa etməyi qarşısına məqsəd qoyan Avropa tərəfini dəstəkləyir", - diplomat brifinqdə qeyd edib.

Mövsüm