İtaliyanın cənubundakı Siciliya adasının sahillərində bir-birinə bağlanmış bağlamalarda üzən iki ton kokain tapılıb.
İtaliya polisi tərəfindən indiyə qədər ələ keçirilən ən yüksək məbləğ olan narkotikin bazar dəyərinin 400 milyon avro olduğu bildirilir. BBC-nin xəbərinə görə, bu məbləğ İtaliya polisi tərəfindən ələ keçirilən ən yüksək narkotik miqdarıdır.
Batmaması üçün xüsusi olaraq bükülmüş və müvafiq şəxs üçün işıq cihazı quraşdırılmış bu üzən bağlamalar Siciliyanın şərqində tapılıb. Mütəxəssislərin fikrincə, bu üsul narkotik yükünün limana gətirilməsindən daha ucuz və təhlükəsizdir. Çünki bu yolla limanda rüşvətxorluğun qarşısı alınır və ələ keçirilmək riski azalır.
Mövsüm
Aznews.az