"Embawood" MMC cərimə edilə bilər
Aznews.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 597.0.1-ci(özəl mühafizə müəssisəsinə və ya hüquqi şəxsin mühafizə bölməsinə mühafizəçi vəzifəsinə işə qəbul edilən namizəd barədə işəgötürən tərəfindən 3 gün müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə) maddəsi ilə inzibati protokol tərtib edilib.
İşə Sumqayıt şəhər məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baxılacaq.
Protokol təsdiq edilərsə şirkət beş min manatadək məbləğdə cərimə edilə bilər.
Rəşid