Dağlıq Qarabağ üzrə üçtərəfli razılaşmalar münaqişənin həllinin yeganə real yoludur - Kreml

19 Aprel 2023 15:47 (UTC+04:00)

Rusiya, Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin mümkün həlli üçün imzaladığı üçtərəfli sazişlər vəziyyətdən çıxış yolu tapmaq üçün əsl əsasdır, lakin bu sazişlərin müddəalarına əməl edilməlidir.

Aznews.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz tərəflərin gərginliyi azalda biləcək və üçtərəfli razılaşmaların həyata keçirilməsi ilə bağlı gələcək irəliləyişə töhfə verəcək istənilən addımını alqışlamağa hazırıq", - Peskov bildirib.

Onun sözlərinə görə, üçtərəfli sazişlər “hazırda münaqişənin nizamlanması üçün yeganə real baza təşkil edir”.

“Buna görə də biz hesab edirik ki, üçtərəfli sazişlərin müddəalarının icrasına davam etmək hamı üçün zəruridir və bunun alternativi yoxdur”, - Peskov əlavə edib.

Mövsüm