Rusiyanın Ukraynada itkilərinin sayı 184 420-yə çatıb

20 Aprel 2023 09:03 (UTC+04:00)

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 184 420 hərbçisi məhv edilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3 667 tank, 7 120 zirehli maşın, 2 339 operativ-taktiki PUA, 2 825 artilleriya sistemi, 285 hava hücumundan müdafiə sistemi, 308 təyyarə, 293 helikopter, 5 707 avtomobil və tanker, 332 xüsusi texnikadan ibarətdir. (report)