Stoltenberqdən Kiyevə sürpriz səfər

20 Aprel 2023 12:55 (UTC+04:00)

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın paytaxtı Kiyevə səfər edib.

Aznews.az xəbər verir ki, Stoltenberq Kiyevə Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ilk dəfə Ukraynaya dəstək üçün gəlib.

Müharibədə həyatını itirən ukraynalı əsgərlərin xatirəsini ehtiramla yad edən NATO-nun baş katibi şəhər meydanında nümayiş etdirilən Rusiyaya məxsus zədələnmiş hərbi texnikaya baxıb.

Mövsüm