“Azglobal İnternational” MMC barədə inzibati protokol tərtib edilib.
Aznews.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətaalr Mcəlləsinin 430.4-cü(Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.
İşə Binəqədi rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə baxılacaq.
Baxış iclası 03.05.2023, saat 14:50 tarixinə təyin edilib.
Rəşid