Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovu öldürülməsində təqsirləndirilən şəxslərin işi üzrə ibtidai istintaq yekunlaşıb.
Aznews.az xəbər verir ki, toplanan materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Qeyd edilən şəxslər barəsində Cinayət Məcəlləsinin 120.2.11-ci( quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. İşə hakim Xaliq Məmmədovun sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovun qətlində 1993-cü il təvəllüdlü Daşqın Xəlilov, 2004-cü il təvəllüdlü Fəxrid Allahverdiyev və 2005-ci il təvəllüdlü Ramiz Məmmədov təqsirləndirilərək istintaqa cəlb edilmişdi.
Rəşid