Həbsdəki Yeni GAMOH liderlərinin yeri dəyişdirildi
25 İyul 2013 09:59 (UTC+04:00)
Təbriz həbsxanasında aclıq aksiyası keçirdikləri üçün Tehrandakı Evin həbsxanasına köçürülən Yeni GAMOH liderlərinin yeri yenə dəyişdirilib.
Evin həbsxanasından Rəcayişəhr həbsxanasına köçürülən milli fəallar ailələri ilə əlaqə saxlayıblar. Onlar hələ də aclıq aksiyalarını davam etdirdiklərini və qarşılarına qoyduqları məqsədə çatana qədər aclıq aksiyasını davam etməkdə israrlı olduqlarını bildiriblər.
Hal-hazırda fəallar Rəcayişəhr həbsxanasında karantin bölümündədir. 2-3 gün sonra onları zindanın hansı bölümünə göndəriləcəyi məlum olacaq.
Elnarə
AzNews.az